SƏRBƏST GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATINDA İKİNCİ YERİ TUTMUŞDUR
Bakı, 6 iyul (AZƏRTAC). Tbilisidə yeniyetmələr arasında sərbəst güləş üzrə Avropa çempionatı başa çatmışdır. Azərbaycan güləşçiləri 7 medal qazanmışlar.
Yarışların sonuncu günü pəhləvanlarımız 3 medala layiq görülmüşlər. Cəmaləddin Məmmədov (96 kq) qızıl medal qazanmışdır. O erməni güləşçisi Andranik Qalstyanı 7:0 hesabı ilə məğlubiyyətə uğratmış, dörddəbir finalda ukraynalı Pavlo Oliniki (6:1), yarımfinalda isə macar Danie Luqetini (12:0) məğlub etmiş, finalda isə rusiyalı Dibir Cəlilov (5:2) üzərində qələbə qazanmışdır.
Digər idmançımız Agahüseyn Mustafayev (60 kq) finalda gürcüstanlı Georqi Markişviliyə 1:3 hesabı ilə uduzaraq, gümüş mükafatın sahibi olmuşdur.
Nicat Muradov isə 50 kq çəki dərəcəsində bürünc medal qazanmışdır. O, bürünc medal uğrunda mübarizədə fransız Zoxeyra Elorakedən (2:0) güclü olmuşdur.
Xatırladaq ki, yarışın birinci günü Azərbaycanın sərbəst güləşçiləri 4 bürünc medal qazanmışdılar.
Azərbaycan yığması komanda hesabında Rusiyadan sonra ikinci yeri, Gürcüstan komandası isə üçüncü yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]