Serbiya-Macarıstan neft kəmərinin inşasına gələn il başlanacaq
Belqrad, 3 iyul, AZƏRTAC
Serbiya ilə Macarıstan arasında neft boru kəmərinin tikintisinə gələn il başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib.
Nazir bu neft kəmərinin hər iki ölkə arasında ən yüksək səviyyədə razılaşma olduğunu bildirib.
“Bu, strateji layihədir və boru kəməri sayəsində ölkəmiz xam nefti tədarükünü yeni marşrutla təmin edəcək. Boru kəmərinin texniki xüsusiyyətləri artıq razılaşdırılıb. Kəmərin planlaşdırılan gücü ildə 5 milyon tonadək xam neft olacaq. Serbiya tərəfində boru xəttinin uzunluğu 113 kilometr təşkil edəcək”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Belqradda Serbiyanın “Transnafta” və Macarıstanın “MOL” şirkətləri arasında neft boru kəmərinin texniki xüsusiyyətlərini müəyyən edən sənəd imzalanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]