Serbiya Prezidenti aksiyaçıları ictimai debata dəvət edib
Belqrad, 22 avqust, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyaların iştirakçılarını kameralar qarşısında ictimai debata dəvət edib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Serbiyanın problemlərini zorakılıqla deyil, demokratik dialoq yolu ilə həll etməli olduğunu bildirib. O, tələbə blokadası hərəkatının nümayəndələrini söhbətə və ictimai müzakirəyə dəvət edib. “Blokada hərəkatının nümayəndələrini söhbətə, gələcək planlarımızı və proqramlarımızı müzakirə etməyə və birlikdə küçələrimizdəki zorakılığı pisləmək üçün ictimai müzakirəyə dəvət edirəm”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, 2024-cü il noyabrın 1-də Novı Sad şəhərindəki dəmir yolu vağzalında 16 nəfərin ölümü ilə nəticələnən qəzaya görə əsasən tələbələrdən ibarət qruplar ölkə üzrə aksiyalar keçirirlər. İndiyədək paytaxt Belqradda, eləcə də müxtəlif bölgələrdə 15 minədək blokada və etiraz aksiyası keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]