Serbiya Türkiyəyə humanitar yardım göndərib
Belqrad, 12 fevral, AZƏRTAC
Serbiyadan Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, bosniyalıların sıx məskunlaşdığı Serbiyanın Sancak bölgəsinin ən böyük şəhəri olan Novi Pazardan 7 yük maşını Türkiyəyə yola düşüb.
Şəhər rəhbərliyi və bölgədəki humanitar təşkilatlar ilə əməkdaşlıq çərçivəsində toplanan yardımlardan ibarət daha 6 yük maşınının isə yaxın müddət ərzində yola düşəcəyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]