Serbiyada leysan yağışları və tufan üç nəfərin ölümünə səbəb olub
Belqrad, 22 iyul, AZƏRTAC
Serbiyada güclü leysan yağışları və tufan nəticəsində üç nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Novi Sad şəhərində azyaşlı, ölkənin şimal-qərbindəki bir kənddə ildırım vurması nəticəsində evində baş verən yanğından zərər çəkən qadın, Baçka Palanka sakini isə evinin qarşısına düşən kabelləri təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Novi Sad və Baçka Palanka şəhərlərində ağacların avtomobillərin üzərinə və yollara aşması nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. İnfrastruktura ciddi ziyan dəyib. Ümumilikdə 10 nəfərin xilas edildiyi bildirilib.
Ölkənin qərbində “qırmızı” xəbərdarlıq elan edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]