Serbiyada məcburi hərbi xidmət 75 gün olacaq
Belqrad, 14 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Serbiyada məcburi hərbi xidmətin 75 gün olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ona göndərilən təklifi qəbul etdiyini deyib.
Serbiya Prezidenti ölkəsinin güclü orduya ehtiyac duyduğunu bildirib, hökumətin də bu təklifi qəbul edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Aleksandar Vuçiç bu addımın hər hansı bir ölkəyə hücum etmək məqsədi daşımadığını qeyd edib.
Xatırladaq ki, Serbiya parlamenti 2010-cu ildə məcburi hərbi xidməti ləğv edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:46]
Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]