Serbiyada meşə yanğınları zamanı 6 nəfər xəsarət alıb
Belqrad, 8 iyul, AZƏRTAC
Serbiyanın bir neçə regionunda meşə yanğınları ilə mübarizə aparılır.
AZƏRTAC bu ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkə ərazisində açıq ərazilərdə ümumilikdə 620 yanğın qeydə alınıb. Yanğınlar zamanı iki yanğınsöndürən və dörd mülki şəxs xəsarət alıb.
Ölkənin Kurşumliya və Borda bölgələrində fövqəladə vəziyyət yaranıb. Qərbi Serbiyanın Kraquyevaç və Niş regionlarındakı bəzi yerlərə elektrik enerjisinin verilişi dayanıb.
Yanğınsöndürmə və xilasetmə qüvvələri, o cümlədən helikopter bölmələri, eləcə də ordu yanğınsöndürmə işlərinə cəlb olunub. Yüksək temperatur və güclü külək isə yanğınların qarşısının alınmasını çətinləşdirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]