Serbiyalı tennisçi Novak Cokoviç ilin yekun reytinq cədvəlində liderliyini qoruyub
Bakı, 27 dekabr, AZƏRTAC
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) 2021-ci ilin yekun reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, serbiyalı raketka ustası Novak Cokoviç (11540 xal) mövsümü reytinq cədvəlinin lideri kimi başa vurub. Cədvəldə ikinci yeri rusiyalı Daniil Medvedev (8640) tutub. Hesabında 7840 xalı olan almaniyalı Aleksandr Zverev isə ilk üçlüyü tamamlayıb.
Yunanıstan təmsilçisi Stefanos Tsitsipasın (6540) 4-cü, rusiyalı Andrey Rublevin (5150) 5-ci olduğu cədvəldə ispaniyalı Rafael Nadal (4875) 6-cı yerdə qərarlaşıb.
Cədvəldə 7-10-cu yerləri isə müvafiq olaraq italiyalı Matteo Berrettini (4568), norveçli Kasper Ruud (4160), Polşadan olan Xubert Xurkaç (3706) və italiyalı Yannik Sinner (3350) bölüşürlər.
Xatırladaq ki, “Tennis kral”ı kimi tanınan isveçrəli Roje Federer (2385) isə mövsümü "Top-10"dan kənarda (16) başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]