SERGEY LAVROV VƏ KONDOLİZA RAYS İRANIN NÜVƏ MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETMİŞLƏR
S.Lavrov demişdir: “İndiki vəziyyətdə biz İranın nüvə məsələsinin Beynəlxalq Atom Enerjisi Agentliyinə və digər təşkilatlara verilməsi üçün heç bir əsas görmürük. Mən İranın BAEA ilə əməkdaşlığının davam etdirilməsinin zəruriliyini nəzərə çarpdırıram. İranın nüvə proqramı barədə beynəlxalq birlikdə yaranan məsələləri axıradək aydınlaşdırmaq lazımdır”.
Rusiya naziri vurğulamışdır ki, indiki vəziyyət İranın nüvə məsələsi üzərində işi BAEA vasitəsilə fəal davam etdirməyə imkan verir. O xatırlatmışdır ki, BAEA inspektorları daimi əsasda İrandadırlar. Onlar əldə etdikləri tərəqqi barədə məlumat verirlər.
Kondoliza Rays isə demişdir: “ABŞ hesab edir ki, İranın dinc nüvə proqramı yaratmağa ehtiyacı yoxdur”. O, İranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına verilməsini də, problemin Tehranla danışıqlar yolu ilə həll edilməsini də mümkün sayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]