SƏRHƏD BÖLGƏSİNDƏ YENİ KÖRPÜNÜN TİKİNTİSİNƏ HAZIRLIQ GÖRÜLÜR
Son bir neçə ildə Gədəbəydə 10-a yaxın körpü inşa edilmişdir. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu günlərdə isə daha bir körpünün tikintisinə başlanmışdır. Yeni körpü sərhəd bölgəsi olan Şınıxdakı Axınca çayı üzərində salınacaqdır.