SƏRMAYƏ MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Müsabiqə iştirakçılarının təqdim etdikləri sərmayə təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə “Cahandar” şirkətini “Siyəzən Şərab” ASC-nin səhmlərinin satışı üzrə sərmayə müsabiqəsinin qalibi elan etmişdir.
Sərmayə müsabiqəsinin şərtlərinə görə, “Cahandar” şirkəti alqı-satqı müqaviləsi imzalandığı andan 30 iş günü müddətində 4500 ədəd dövlət özəlləşdirmə çekini təqdim etməli və 14720 AZN məbləğində vəsaiti səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürməlidir. Həmçinin, qalib şirkət bu müddətdə 16 min AZN məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.
Müsabiqənin qalibi sərmayə proqramında nəzərdə tutulmuş 294.400 manat məbləğində sərmayənin 12 ay ərzində qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir. Sərmayələr texniki avadanlığın, tikililərin və infrastrukturun, o cümlədən kommunikasiya xətlərinin yenidən qurulması və bərpasına, eləcə də sosial məsələlərin həllinə və s. işlərə yönəldiləcəkdir.
Qalib şirkətin təqdim etdiyi proqrama müvafiq olaraq, sərmayə fəaliyyətinin ilkin mərhələsində 30-dan artıq iş yerinin açılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]