Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərnişin vaqonu parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır

Sərnişin vaqonu parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır

Bakı, 9 aprel, Gülnar Bəşirova, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Bakı dəmir yolu vağzalının  yenidən qurulması ilə bağlı işlər nə yerdədir, yenidənqurmanın nə vaxt bitəcəyi gözlənilir?

- Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının müasir dövrün  tələblərinə cavab verməsi üçün yenidənqurma işlərinin görülməsinə ehtiyacı var. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.  Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hələ ki, konkret vaxt demək mümkün deyil. Ümumiyyətlə, hörmətli Cavid Qurbanovun  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr  təyin edilməsi ilə dəmir yolunun həyatında yeni bir mərhələ başlayıb. Quruculuq işləri geniş vüsət alıb.

-“Azərbaycan Dəmir Yolları” QSC Rusiya və Ukraynanın vaqon təmiri zavodlarına vaxtaşırı sərnişin vaqonlarının əsaslı təmir edilməsi üçün vaqon göndərir. Hazırda təmir üçün sözügedən ölkələrlə əməkdaşlıq edilirmi?

- Sərnişin vaqonu parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. İstifadədə olan vaqonlar təmir olunur. Ukraynanın və Rusiya Federasiyasının vaqon təmiri zavodlarinda 85  sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilib. Həmin sərnişin vaqonları  Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və  Bakı-Balakən istiqamətlərində  xəttə  buraxılıb. Son vaxtlar  Ukraynanın  Dnepropetrovsk  şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-yə  daha 10 vaqon təmirə  göndərilib. Bu günlərdə 5 vaqon əsaslı təmir olunaraq ölkəmizə gətirilib.

- Bəs Rusiyadan alının yeni vaqonlar nə zaman Azərbaycana gətiriləcək?

- Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə də əsas məqsəd bu ölkədən yük vaqonlarının alınması vəziyyətini araşdırmaq idi. Moskva  şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında keçirilən ikitərəfli görüşdə də bu  məsələ müzakirə olundu. Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alındı. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.

-Türkiyəyə yüksəksürətli qatarla gedib-gəlmək nə vaxt mümkün olacaq?

- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişindaşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. İlkin mərhələdə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük dövriyyəsinin 5 milyon ton olaraq, sonradan 15 milyon tona çatdırılması planlaşdırılır. Layihə çərçivəsində Türkiyənin Qars stansiyasından Gürcüstanın Axalkalaki stansiyası daxil olmaqla uzunluğu 96 kilometr olan yeni xəttin tikintisi, Gürcüstan ərazisində uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki (stansiya istisna olmaqla) dəmir yolu sahəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri aparılır. Layihənin əsas obyektlərindən biri Gürcüstanı Türkiyə ilə birləşdirəcək uzunluğu 4450 metr olan tunelin tikintisidir. Tunelin Gürcüstan ərazisində uzunluğu 2070 metr olan sahənin 1827 metrində, Türkiyə ərazisində uzunluğu 2380 metr olan ərazidə üst keçid qazma işləri tam başa çatdırılıb. Marabda-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolu sahəsində (Gürcüstanı Türkiyə ilə birləşdirən, tikintisi davam etdirilən tunelin girişinədək-Kartsaxi sərhəd stansiyasınadək) işçi qatarların hərəkəti təmin  edilib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin nəzərdə tutulan  vaxtda istismara verlməsi üçün işlər davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının  2015-ci ildən isə istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam istifadəyə veriləndən sonra yük və sərnişin daşınması həyata keçiriləcək. Bunun üçün yeni vaqonların alınması da gündəmdədir. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması haqqında müqavilə imzalanıb.

 - Bir müddət öncə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılacağı barədə qərar qəbul olunmuşdu. Bununla bağlı hansı addımlar atılır?

- Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə  dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan  tranzit yüklərin həcminin artırılması, TRACECA, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdi. Eyni zamanda daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə  Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin  nümayəndəliklərinin açılması məsələlərinə də baxəımışdı. Hazırda bu məsələ araşdırılır, proses yerlərdə müzakirə mərhələsindədir.

 -Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində dəmir yolunda hansı işlər görülür?

 - Bakıda keçiriləcək I Avropa Oyunlarına Nəqliyyat Nazirliyi tərəfindən konkret kompleks tədbirlər proqramı hazırlanıb və dəmiryolçular da öz fəaliyyətini həmin proqrama uyğun təşkil edirlər. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı dəmir yolu vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb.  Birinci Avropa Oyunlarının  keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq. Beynəlxalq  sərnişin  qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər  əlaqədar  işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq  təlimatlandırılırlar. I Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaq. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri üçün ingilis dilini öyrənmək məqsədilə təlim kursları açılıb və qeyd edilən işçilər hazırda həmin kurslarda təlim keçirlər. I Avropa Oyunlarının  keçiriləcəyi müddətdə əcnəbi turistlərin qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında  Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılıb və lazımı avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi  geyim formaları ilə tam şaklidə təmin olunacaqlar. Bununla yanaşı sərnişin  qatarlarına minik zamanı məlumat büroları, diktorlar və  rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq