Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Bu əlamətdar tarixlə bağlı il ərzində bir sıra tədbirlər həyata keçirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu sentyabrın 20-21-də “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiyə-Azərbaycan əlaqələri və Türkiyə-Türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən məruzələr səsləndiriləcək. Konfransa Azərbaycandan 54, xaricdən (Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna, Belarus) 13 iştirakçı qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]