Şərqşünaslıq İnstitutunda “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu çapdan çıxıb
Bakı, 6 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu nəşr etdirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.
Nəşrdə akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və İslam Əməkdaşlıq Təşkilatı” və “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” məqalələri yer alıb.
Ulu Öndərin Şərq ölkələri ilə bağlı apardığı siyasət barədə, eyni zamanda, Səriyyə Gündoğdunun “Heydər Əliyev siyasətində Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf strategiyası”, Vüqar Məmmədovun “Müstəqil Azərbaycanın Şərq siyasəti Şərqşünaslıq İnstitutunun tədqiqatlarında”, Ülkər Əliyevanın “Vyetnam-Azərbaycan əlaqələrinin qurulması və inkişafında Heydər Əliyevin xidmətləri”, Namiq Məmmədovun “Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin yaranması və inkişafında Heydər Əliyevin neft strategiyası”, Gülər Qafqazlının “Azərbaycan və Səudiyyə Ərəbistanı əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu” və digər məqalələr topluda dərc edilib.
Heydər Əliyevin azərbaycançılıq siyasəti ilə bağlı Əfşan Şəfiyevanın “Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan və milli dəyərlər”, Yeganə Hacıyevanın “Heydər Əliyevin azərbaycançılıq siyasəti və bütöv Azərbaycan”, Səməd Bayramzadənin “Azərbaycançılıq tarixindən: ideyadan ideologiyaya” kimi məqalələr nəşrdə yer alıb.
Bundan əlavə dərc olunan məqalələr sırasında Məryəm Seyidbəylinin “Müstəqil Azərbaycan diasporunun təşkilatlanması prosesində Heydər Əliyevin rolu”, Lalə Əhmədovanın “Heydər Əliyevin dövlət quruculuğunda dil məsələsi” kimi məqalələri qeyd etmək olar.
Topluda Ulu Öndərin ölkəmizdə təhsilin, səhiyyənin inkişafında roluna dair və digər mövzularda dəyərli məqalələr də dərc olunub.