Şərqşünaslıq İnstitutunun ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb.
İclasda YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının sədri Lalə Bayramovanın hesabatı dinlənilib. O, YAP-ın institutda ərazi partiya təşkilatının ötən 5 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib, hazırda yeni qəbul olunan 14 nəfərlə birlikdə təşkilatın 55 üzvü olduğunu qeyd edib.
Bəxtiyar Nəbiyev və akademik Gövhər Baxşəliyeva YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının fəaliyyətini yüksək dəyərləndiriblər.
Sonra YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermədə təşkilat üzvlərinin yekdil qərarı ilə səmərəli fəaliyyətləri nəzərə alınaraq Lalə Bayramova yenidən sədr, Xanımzər Kərimova isə sədr müavini seçilib.
Daha sonra YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatına üzvlüyə yeni qəbul olunan institut əməkdaşlarına vəsiqələr təqdim edilib.