Şərur rayonunun Tənənəm kəndində telekommunikasiya şəbəkəsi yenidən qurulur
Bakı, 1 sentyabr, AZƏRTAC
Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər yeni texnologiyaların və rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi yüksəldilir.
Quruculuq tədbirləri Şərur rayonunun Tənənəm kəndini də əhatə edir - kənddə telekommunikasiya şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində 30 ədəd abonent qutusunun, 1500 metrə yaxın fiber-optik xətlər və müxtəliftutumlu hava və yeraltı kabellərin istifadəsi nəzərdə tutulur.