ŞƏRURLULAR ÖTƏN İLİ UĞURLA BAŞA VURMUŞLAR
Müşavirə iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xatirəsi ehtiramla anılmışdır.
İcra hakimiyyətinin başçısı Rafael Rəsulov hesabat məruzəsində bildirmişdir ki, ötən il rayonda 19 milyard 890 milyon manatlıq tikinti-quraşdırma, təmir, abadlıq işləri görülmüşdür. Bu, əvvəlki illə müqayisədə 6 milyard 591 milyon manat çoxdur. Qarahəsənli, Həmzəli, Gümüşlü və Yuxarı Yaycı kəndlərində 802 yerlik 4 məktəb binası, Şərur qəsəbəsində rayon maliyyə, vergilər şöbələri, qaz istismarı idarəsi, dövlət arxivi, “Şərurun səsi” qəzeti redaksiyası üçün inzibati binalar, 25 qaçqın və məcburi köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə verilmiş, rayon mərkəzində 165 mənzilli 10 yaşayış binası təbii qazla təmin olunmuşdur.
Müşavirədə nöqsanlar da ətraflı təhlil edilmiş, onların tezliklə aradan qaldırılması üçün konkret təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]