Serxio Peres Bakıda “Günün yürüşçüsü” olub
Bakı, 22 iyun, AZƏRTAC
2016-cı ildə “Formula-1” yürüşlərinin təşkilatçıları “Günün yürüşçüsü” adlı yeni mükafat təsis ediblər. Bu mükafatın sahibi çempionatın rəsmi saytında azarkeşlərin onlayn səsverməsi yolu ilə müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, Avstraliya və Bəhreyn mərhələlərində “Günün yürüşçüsü” Roman Qrojan, Çində Daniil Kvyat, İspaniya və Kanadada Maks Ferstappen, Soçidə Kevin Maqnussen hesab edilib.
Bakıdakı yürüşün yekunlarına əsasən, bu titulu gənc meksikalı Serxio Peres qazanıb. Xatırladaq ki, Peres bu il Monako Qran-prisində də günün yürüşçüsü hesab edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]