Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib
Qahirə, 16 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri səhər saatlarında Ər-Riyad və Şarqiyyə regionlarını hədəf alan 15 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.
Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarından bəri ümumilikdə 64 PUA-nı zərərsizləşdirib. PUA-ların əksəriyyəti Şarqiyyə regionu üzərində vurulub. Sözçünün sözlərinə görə, təkcə 2 saat ərzində adıçəkilən regionu hədəfə alan 34 PUA məhv edilib.
İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatları genişləndirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]