Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək F1 yarışlarının geri sayım saatı işə salınıb
Qahirə, 10 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə krallığın Ciddə şəhəri Formula 1 yarışlarına ev sahibliyi edəcək. Bu münasibətlə yürüşün start götürəcəyi Ciddə şəhərinin mərkəzi küçəsinin girişində mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti, şahzadə Xalid bin Sultan Əl-Faysal avtotrasın önündə F1 Səudiyyə Ərəbistanı Qran-Prisinin start götürəcəyi vaxtı göstərən geri sayım saatını işə salıb. O bildirib ki, bu gündən etibarən mötəbər yarışlara hazırlıq üzrə işlərə də start verilir.
F1 Səudiyyə Ərəbistanı Qran-Prisi dekabrın 3-5-də keçiriləcək. Yürüş Qırmızı dənizin sahilində yerləşən 30 kilometrlik şəhər trasında təşkil ediləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]