SƏUDİYYƏ ƏRƏBİSTANINDA İLK QADIN UNİVERSİTETİ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanında ilk qadın universiteti açılmışdır. Kişilərlə qadınların ünsiyyətdə olması qəbahət sayılan (bu, qohumlara aid deyil) məliklikdə indiyədək belə təhsil ocağı yox idi. Qızlar üçün yalnız xüsusi fakültələr vardı.
Paytaxt Ər-Riyadda açılan qadın universiteti əvvəllər digər ali məktəblərdə fəaliyyət göstərmiş qadın fakültələrini, necə deyərlər, bir dam altında birləşdirmişdir. Bu təhsil müəssisəsinin tərkibinə pedaqogika fakültəsi, evdarlıq, bədii tərbiyə, sosial işçilər fakültələri daxildir. Tələbələrin ümumi sayı 16 min nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]