ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ MDB DİNLƏRARASI ŞURASI RƏYASƏT HEYƏTİNİN FƏXRİ HƏMSƏDRİ SEÇİLMİŞDİR
MDB ölkələrinin dini, habelə ənənəvi konfessiyaları liderlərinin toplaşdığı ikinci Dinlərarası Sülhyaratma Forumu martın 3-də işini başa çatdırmışdır.
Forumun axırıncı günü qəbul edilmiş yekun sənədində deyilir ki, MDB ölkələrinin dini liderləri dinlərarası əməkdaşlığın çoxəsrlik ənənələrini qoruyub saxladıqlarını və artırdıqlarını bildirir və təsdiq edirlər ki, dini liderlər arasındakı qarşılıqlı anlaşmanın səviyyəsi hazırda mütəmadi dinlərarası konfranslar çərçivəsindən çıxmağa və birgə fəaliyyəti daha yüksək səviyyəyə qaldırmağa imkan verir.
Dini liderlər bütün ruhaniləri münaqişə zonalarında qəti və təcili olaraq birgə sülhyaratma fəaliyyətinə başlamağa çağırmışlar. Bundan əlavə, din xadimləri zəmanəmizin terrorizm, millətlərarası düşmənçilik, radikal sekulyarizm və ksenofobiya kimi hallarına qarşı mübarizədə MDB dini icmalarının səylərini əlaqələndirmək təşəbbüsü irəli sürmüşlər.
Sənəddə vurğulanır ki, din MDB məkanında birləşdirici və barışdırıcı rol oynaya bilər və oynayacaq, ölkələrimizin və xalqlarımızın əməkdaşlığına və ünsiyyətdə olmasına kömək edəcəkdir. Dinlər, xüsusən, millətlərarası münasibətlərdə böyük sülhyaratma potensialına malikdir. Mövcud problemlərin tez bir zamanda dincliklə və ədalətlə həllinə yönəldilmiş qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız qan tökülən və ya bilavasitə zor işlətmək təhlükəsi olan yerdə xüsusilə güclü olmalıdır.
İkigünlük işin yekunlarına əsasən, dini liderlər Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin MDB-nin ikinci Dinlərarası Sülhyaratma Forumunun keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdilər, habelə daimi fəaliyyət göstərən MDB Dinlərarası Şurasının yaradılmasını alqışladılar.
İclas qurtardıqdan sonra dini liderlər mətbuat konfransı keçirdilər.
Şeyxülislam hacı Allahşükür Paşazadə AZƏRTAC-ın müxbiri ilə söhbətində forumun yekunlarını şərh edərək dedi: Belə bir mötəbər tədbirin keçirilməsi və bütün Birlik dövlətləri dini liderlərinin, habelə müxtəlif konfessiyaların bu tədbirdə iştirakı göstərir ki, dinlərarası dialoqu baş tutmuş hesab etmək olar. Bu forum bir daha təsdiqlədi ki, din xalqları, dövlətləri birləşdirməyə, habelə səyləri müasir hədə və təhlükələrə qarşı, müxtəlif zəmində münaqişələrin aradan qaldırılmasına yönəltməyə qadirdir. Onun sözlərinə görə, MDB ölkələri dini birliyinin məqsədi dialoqa, sülhə, əmin-amanlığa, mənəvi paklığa çağırmaqdan ibarətdir.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı terrorizmə və dini dözümsüzlüyə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsində forum iştirakçılarının yekdilliyini yüksək qiymətləndirdi. O dedi: “Bütün din xadimləri belə bir rəyə gəldilər ki, MDB məkanındakı münaqişələri hərbi vasitələrlə deyil, ancaq dinc vasitələrlə, dialoq yolu ilə həll etmək lazımdır. Azərbaycan əraziləri işğal altındadır, lakin biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli potensialı hələ tükənməyibdir. Ümidvarıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu problemin dincliklə həllinə yönəldilmiş siyasəti öz bəhrələrini verəcəkdir”.
MDB-nin dini liderləri şeyxülislamın MDB Dinlərarası Forumunun üçüncü iclasını Bakıda keçirmək təklifini qəbul etdilər. A.Paşazadə bildirdi ki, Azərbaycanda dini etiqad azadlığı prinsiplərinin təmin edilməsi sahəsində əlverişli şərait olduğunu bilən bütün dini liderlər bu iclasın Bakıda keçirilməsinə razılıq verdilər.
Xatırladaq ki, MDB Dinlərarası Şurasının konsepsiyasına uyğun olaraq, forumun iclasları üç ildə bir dəfə keçiriləcəkdir. Növbəti forumun keçirilməsi tarixi hələlik müəyyən edilməyibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [20:54]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [20:52]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [20:37]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [20:27]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [20:22]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [20:00]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [19:34]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [19:13]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:53]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:51]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:45]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:43]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [18:30]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [18:13]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [18:04]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [18:01]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:57]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:48]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:43]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:35]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:33]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:28]
“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib
- 29.09.2026 [17:20]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [17:09]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [17:08]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [17:05]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [17:03]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:51]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:41]