Sığortaçılar üçün attestasiya təşkil olunacaq
Bakı, 4 mart, AZƏRTAC
Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün martın 7-də attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, eləcə də aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunub. Attestasiyada 4 sığortaçı iştirak edəcək. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.