Sığortaçılar üçün test imtahanı keçiriləcəkdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 8-də və 12-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcəkdir.
Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) AZƏRTAC-a bildirmişlər ki, sənədlərini DSNX-ə tam təqdim etmiş şəxslər noyabrın 6-da imtahanda iştiraklarını təsdiq etməlidirlər.