“Silk Way” Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). “Silk Way” Aviaşirkəti MMC-nin “Ground Handling Company” filialı əməkdaşının qanunsuz hərəkətlərə yol verməsi barədə material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
Cəmiyyətin “Ground Handling Company” filialının transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzovun, xidmətin sabiq əməkdaşı Mirzəli Quliyev ilə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 3 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan İran İslam Respublikasının 4 vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-London istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaratmaqla cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan E.Novruzov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Quliyev isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]