REGİONLAR
Şimal bölgəsinə 20 santimetr qar yağıb, 14 dərəcə şaxta qeydə alınıb VİDEO
Quba, 12 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 11-i axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 santimetr qar yağıb. Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr təşkil edir.
Şimal bölgəsində ən aşağı temperatur - mənfi 14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.
Quba-Xınalıq yolun avtomobillərin hərəkəti üçün çətinləşsə də, açıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb
- 08.05.2024 [20:40]
Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib
- 08.05.2024 [20:16]
Naxçıvanda Kitab festivalı keçirilir
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]