Şimal-qərb bölgəsinin bir neçə məktəbinin məzunları qəbul imtahanlarında yüz faizlik nəticə göstəriblər
Şəki, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbin bütün məzunları ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, qəbul imtahanlarında Şəki rayonunun Baş Şabalıd, Qəbələnin Cığatelli və Oğuz rayonunun Mollalı kənd tam orta məktəblərini bitirən bütün məzunlar, həmçinin Şəki şəhər 8 nömrəli tam orta məktəbin XI d sinfinin məzunlarının hamısı yüksək uğur qazanaraq, seçdikləri ixtisaslar üzrə ali məktəblərə daxil olublar.