Şimali Koreya Cənubi Koreyaya qarşı nüvə hücumu simulyasiyası həyata keçirib
Bakı, 31 avqust, AZƏRTAC
Şimali Koreya Cənubi Koreyaya qarşı nüvə hücumu simulyasiyası həyata keçirdiyini elan edib.
AZƏRTAC “Yonhap”a istinadən xəbər verir ki, Şimali Koreyanın Müdafiə Nazirliyi təlimlər çərçivəsində iki qısamənzilli taktiki ballistik raketin də buraxıldığı barədə məlumat yayıb. Təlimin düşmənlərə açıq mesaj məqsədi ilə keçirildiyi bildirilib.
Rəsmi Seul atılan ballistik raketlərin dənizə düşdüyünü açıqlayıb.
Qeyd edək ki, raket sınağı ABŞ və Cənubi Koreya ordularının 11 günlük birgə təlimi başa çatdıqdan bir gün sonra həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]