Şimali Koreya oktyabrın 26-dək hərbi kəşfiyyat peykini orbitə çıxara bilər
Bakı, 7 oktyabr, AZƏRTAC
Şimali Koreya hakimiyyəti oktyabrın 10-dan 26-dək hərbi kəşfiyyat peykini orbitə çıxara bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Milli Birlik İnstitutuna istinadən məlumat yayıb.
Oktyabrın 10-da Şimali Koreyada hakim Koreya Fəhlə Partiyasının yaradılmasının 78-ci ildönümü qeyd olunacaq.
KXDR hakimiyyəti oktyabr ayında peyk buraxmaq üçün üçüncü cəhdi həyata keçirmək niyyətində olduqlarını daha əvvəl bəyan etmişdi. Əvvəlki iki uçuş may və avqust aylarında baş vermiş və uğursuz olmuşdu.
“Pxenyan çox güman ki, Cənubi Koreyadan əvvəl kəşfiyyat peyki buraxmağa çalışacaq", - Cənubi Koreyanın tədqiqat mərkəzi bildirib.
Seul noyabrda ilk kəşfiyyat peykini orbitə buraxmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]