Şimali Makedoniya - Azərbaycan oyununun birinci hissəsi baş çatıb
Bakı, 20 noyabr, AZƏRTAC
Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Oyunda Şimali Makedoniyadan 25-ci dəqiqədə penaltidən Enis Bardi fərqlənib, 38-ci dəqiqədə isə Elvin Cəfərquliyev tarazlığı bərpa edib.