“ŞİNDAN” MƏHSULLARINI XARİCİ BAZARA ÇIXARMAQ NİYYƏTİNDƏDİR
“Şindan”ın direktoru Rafiq Cəfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni istehsal sahələri yaratmaq və müəssisənin təsərrüfat fəaliyyətini genişləndirmək üçün maliyyə çətinliyimiz vardır. Əgər güzəştli qaydada uzunmüddətli kreditlər verilərsə, tərəvəz və yem məhsulları üzrə sexlər, kərpic zavodu tikə bilərik. Biz bu yolla kənddə yeni iş yerləri açmaq və məhsullarımızı xarici bazara çıxarmaq niyyətindəyik.