SİNQAPUR HÖKUMƏTİ AVROPA ƏLEYHİNƏ TƏBLİĞATI QADAĞAN ETMİŞDİR
Sinqapur Daxili İşlər Nazirliyinin mətbuat katibi demişdir: “Şəhərin müsəlman məhəllələrində yerləşən kafe və restoranların sahibləri Məhəmməd Peyğəmbərə hörmətsizliyə öz münasibətini bu yolla bildirməyə çalışırlar”. Onun sözlərinə görə, bu cür addımlar milliyyətindən və dini etiqadından asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının qarşılıqlı hörmətinə yönəldilən şəhər-dövlətin siyasətinə ziddir.
Sinqapur qanunvericiliyi Cənub-Şərqi Asiyada, haqlı olaraq, ən sərt qanunvericilik sayılır. Belə ki, şəhər-dövlətdə nəinki nümayiş və mitinqlər keçirilməsi, həm də polisin icazəsi olmadan dörddən çox adamın ictimai yerlərdə toplaşması qadağandır. Dövlət əmlakına və ya özəl əmlaka ziyan vurmaq üçün göstərilən hər bir cəhd ciddi cəzalandırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]