Sinqapurda tibbi maskalar pulsuz paylanılır
Bakı, 5 aprel, AZƏRTAC
Sinqapurun hakimiyyət orqanları çoxistifadəli tibbi maskaların pulsuz paylanılmasına başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət bu maskaların sıradan çıxana qədər istifadə edilə biləcəyini deyir.
“Çoxistifadəli maskalar cərrahi maskalar qədər olmasa da, bəzi baza müdafiəsini təmin edə bilər. Hazırkı qlobal tibbi maska çatışmazlığı nəzərə alınarsa, bu tədbirlər cərrahi maskaların, ona daha çox ehtiyacı olanlar, yəni səhiyyə işçiləri üçün qalmasına imkan verəcək”, - deyə bəyanatda bildirilir.
Sinqapur hakimiyyəti, həmçinin vətəndaşlara evdə qalmağı və bir mənzildə yaşayan yaxın ailə üzvlərindən başqa heç kimlə ünsiyyət qurmamağı tövsiyə edib.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 1 milyon 210 mindən çox yoluxma və 65 min 449 ölüm faktı qeydə alınıb.
Sinqapurda yeni koronavirusa 1189 nəfər yoluxub, 6 nəfər isə bu xəstəlikdən həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]