Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİNQAPURUN XARİCİ İŞLƏR NAZİRİ CORC YONQ-BUN YEONUN ÇIXIŞI

SİNQAPURUN XARİCİ İŞLƏR NAZİRİ CORC YONQ-BUN YEONUN ÇIXIŞI

-Zati-aliləri, Prezident İlham Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi ARDNŞ-“Keppel” gəmiqayırma zavodunun təməlqoyma mərasimində sizinlə birgə iştirak etməkdən şərəf hissi duyuram.

Sinqapur ilə Azərbaycan diplomatik münasibətlərini 16 il bundan əvvəl qurmuşlar. Əlaqələrimiz səmimi dostluq əlaqələridir. Rəsmilərimiz beynəlxalq forumlarda lazımi qaydada birgə çalışıblar və 2005-ci ildən etibarən 36 Azərbaycan rəsmisi Sinqapur Əməkdaşlıq Proqramı çərçivəsində Sinqapurda kurslarda iştirak etmişdir.

Mən Azərbaycana səfər edən ilk Sinqapur naziri olmaqdan son dərəcə məmnunam. Elə ötən həftə biz Prezident Əliyevin Prezident Natana ünvanladığı məktubu çatdırmaq üçün Sinqapura gəlmiş ilk Azərbaycan nazirini məmnunluqla qəbul etdik.

İkitərəfli münasibətlərimizdə yeni səhifə açılır. İqtisadi və digər əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensial vardır. Azərbaycan uzunəsrlik tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Ölkəniz sürətlə inkişaf edir. Bu gün səhər Prezident İlham Əliyev ilə görüş zamanı o, mənə dedi ki, son 6 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə artmışdır. Ötən il qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı 9,3 faizlik templə sürətli artımını davam etdirdi və bu, dünyada ən yaxşı göstəricidir.

Təbii ki, neft və qaz sektoru daha geniş əməkdaşlıq sahəsidir. Baxmayaraq ki, Sinqapurda neft və qaz yoxdur, lakin bizim böyük neft və qaz şirkətlərinin fəaliyyətinə dəstək verən Sinqapurdakı bir çox şirkətlərdən ibarət kimya məhsulları və dənizdə dəstəkləyici xidmətləri təmin edən güclü imkanlarımız vardır. Əminəm ki, onlar Azərbaycandakı imkanları araşdırmaqda çox maraqlıdırlar.

Keçmiş Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyasının həyata keçirilməsi mühüm hadisələrlə nəticələndi. Azərbaycan bir çox beynəlxalq neft şirkətlərini cəlb etdi, bir sıra pay bölgüsü sazişləri imzalandı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin çəkilməsini rəvan şəkildə apardı, dənizdə bir sıra işlənmə layihələrini həyata keçirdi, həmçinin Dövlət Neft Fondu yaradıldı.

Dünya miqyaslı texnologiyanı gətirmək məqsədi ilə neft strategiyasının bir hissəsi kimi “Keppel” şirkəti 1997-ci ildə Azərbaycana dəvət olundu və ARDNŞ ilə tərəfdaşlıq əsasında tezliklə Bakıda Kaspian Şipyard şirkəti yaradıldı. Bu, regionun ilk beynəlxalq qurğu tikintisi, təmiri və təkmilləşdirilməsi zavodu idi. Bu gün həmin şirkətdə 500-dən artıq azərbaycanlı çalışır. ARDNŞ-“Keppel” alyansı Xəzər dənizində tarixdə ilk dəfə olan digər bir neçə nailiyyətə imza atdı, regionda dünya miqyaslı ilk özüqalxan qazma buruğu, ilk yarımdalma qurğusu və ilk buzadavamlı üzən anbar tikib istismara verdi.

Yeni ARDNŞ-“Keppel” gəmiqayırma zavodunun tikintisi Prezident Əliyevin müəyyən etdiyi neft strategiyasına dəstəkdir. Başa çatdırıldıqdan sonra yeni ARDNŞ-“Keppel” gəmiqayırma zavodu Xəzər dənizində bu tipli ilk müəssisə olacaq və həm mülki, həm hərbi donanma gəmilərini tikmək və təmir etmək imkanına malik olacaqdır. Bu zavodda 2000-dən artıq azərbaycanlının işləyəcəyi gözlənilir.

Azərbaycandakı sinqapurlular və Sinqapurdakı azərbaycanlılar üçün neft və qazdan başqa, araşdırılmalı digər sahələr də vardır. Qloballaşma nəticəsində dünya daha yaxın və əlaqəli olur. Facebookdakı səhifəmdə azərbaycanlı dostumdan xoş təəccüblə öyrəndim ki, hazırda səkkiz azərbaycanlı tələbə yerli universitetlərimizdən birində təhsil alır.

Prezident Əliyevin göstərişləri və dəstəyi ilə mən Azərbaycan və Sinqapur arasında münasibətlərin inkişafını səmimiyyətlə arzulayıram və bütün azərbaycanlı dostlarımızın Novruz bayramını təbrik edirəm.

X X X

Sonra gəmiqayırma zavodunun təməli qoyuldu. Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Prezident İlham Əliyev tədbir iştirakçılarını əlamətdar hadisə və Novruz bayramı münasibətilə bir daha təbrik etdi, tapşırıqlarını verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb