ŞİRKƏT ALİ TƏHSİL MÜƏSSİSƏSİ İLƏ İŞ BİRLİYİ YARATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “European Tobakko-Baku” açıq tipli səhmdar cəmiyyəti yerli kadrların təkmilləşdirilməsi və gələcəkdə istehsalat sahələrinin ixtisaslı kadrlarla təmin olunması üçün Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ilə iş birliyi yaratmışdır. Bu günlərdə şirkətin nümayəndələri ilə Akademiyada keçirilən görüşdə bu ildən etibarən burada aqronomluq fakültəsinin son kurs tələbələri üçün tütünçülük ixtisası üzrə xüsusi kursların təşkil edilməsi qərara alınmışdır. Bu kurslarda hələlik 15 tələbə yeni ixtisasın sirrlərini öyrənəcək, respublikamızın tütünçülük rayonlarında və emal müəssisələrində təcrübə keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]