İQTİSADİYYAT
Şirkət rəsmisi: Tıxac probleminin həll edilməsi istiqamətində beynəlxalq təcrübə var
Bakı, 11 mart, AZƏRTAC
Tıxac probleminin həll edilməsi istiqamətində beynəlxalq təcrübə var. Sıxlıq çox olan şəhərlərdə tıxacdan daha çox narahatlıq doğuran məsələ qəza nəticəsində ölüm hallarının sayının artmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Boston Consulting Group” (BCG) şirkətinin Azərbaycan üzrə nümayəndəsi Qriqoriy Rubin Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
Nəqliyyatın və yol hərəkətinin idarə edilməsində maliyyə mexanizminin yaradılmasının əhəmiyyətini vurğulayan Q.Rubin bunsuz balanslaşdırmanın mümkün olmadığını qeyd edib.
Şirkət rəsmisi tıxac məsələsində taksilərin sayının çox, ictimai nəqliyyatdan istifadənin az olmasının problemlər yaratdığını bildirib.
“Prioritet məsələlərdən biri xidmətin yaxşılaşdırılmasıdır. Həmçinin yeni əlavə təşəbbüslər, mobillik, “Rəqəmsal əkiz” alətindən istifadə də bu istiqamətdə çox mühüm amillərdir”, - deyə o obildirib.