AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi” layihəsinin əsas podratçılarından olan MakDermott Kaspian Kontraktorz, İnk. şirkəti əhalinin aztəminatlı təbəqələrinə, eləcə də sosial inkişaf layihələrinə indiyədək 100 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Sosial inkişaf layihələrinin 20 faizini Qaradağ rayonuna yönəldən şirkət, Şəkidə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə su təchizatı sistemini də inşa etmiş, Buta qəsəbə məktəbinin təmirini başa çatdırmışdır.
Şirkət ölkəmizdə fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələri də maliyyələşdirir.
MakDermott şirkəti hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti sahəsində Xəzərdəki Azəri, Çıraq yataqlarının, Günəşli yatağının dərin hissəsinin işlənməsi üzrə birləşmiş göyərtələrin, eləcə də sualtı boru kəmərlərinin inşasını həyata keçirir.