Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞİRVAN ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

ŞİRVAN ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Şirvan, 1 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Şirvanda Heydər Əliyev Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV şirvanlıları təbrik edərək dedi:

-Sizin hamınızı Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl mərkəz şirvanlıların xidmətində olacaqdır. Burada həm ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxmənalı və tarixi əhəmiyyətə malik olan fotoşəkillər nümayiş etdirilir, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün şərait vardır. Xarici görünüşü də gözəldir. Bir sözlə, əminəm ki, Heydər Əliyev Mərkəzi, sözün əsl mənasında, çox mənalı mərkəzə çevriləcəkdir.

Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Onun fəaliyyəti, zəhməti sayəsində bu gün biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimiz möhkəmlənir, güclənir. Ancaq unutmamalıyıq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə vəziyyətimiz çox ağır idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül və ümumiyyətlə, total böhran Azərbaycanı müstəqillikdən məhrum edə bilərdi. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Biz o ağır illəri unutmamalıyıq. O tarixi yaddaş bizi daim irəliyə aparmaq üçün mühüm bir amil olmalıdır.

Biz bu gün güclü dövlət qururuq. Bu dövlətin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolunu uğurla gedir. Bu yolda çətinliklər də, çox böyük sınaqlar da olub. Ancaq Azərbaycan dövləti və Azərbaycan xalqı bütün bu sınaqlardan şərəflə çıxa bilmişdir. Bu gün Azərbaycan öz daxili imkanları hesabına güclü dövlət qurubdur. Xalqımız - uzun illər, əsrlər boyu müstəqillikdən məhrum bir xalq olmasına baxmayaraq - həm özümüzə, həm bütün dünya birliyinə sübut etdi ki, biz müstəqil ölkə kimi yaşaya bilərik, öz siyasətimizi özümüz müəyyən edə bilərik.

Ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır. Biz bütün vəzifələri uğurla icra edirik. Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci hissəsi uğurla başa çatıb.

İndi ikinci proqram icra olunur. Bu proqramın icrasında da yaxşı nailiyyətlər vardır. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Əgər belə olarsa, onda 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar vardır. Yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar əminəm ki, bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır.

Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi problemlər çoxdur. Əhalini narahat edən problemlər çoxdur. Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni bütün bunların təməlində aparılan islahatlardır, düşünülmüş siyasətdir, iqtisadi tədbirlərdir.

Biz Şirvan şəhərinin timsalında Azərbaycanın uğurlu inkişafını görürük. Bax, bu gün biz gözəl mərkəzin açılışında görüşürük. Mən bu gün ölkəmiz üçün vacib iki sənaye müəssisəsində telemexanika və “Araz” zavodlarında da olacağam. Bu zavodlar Azərbaycanın müdafiə potensialının gücləndirilməsi üçün çox mühüm rol oynayır. Əgər nəzərə alsaq, Azərbaycanda müdafiə sənayesi sadəcə olaraq bir neçə il bundan əvvəl yaranmışdır, görərik ki, biz qısa müddət ərzində güclü sənaye yarada bilmişik. Bakıdan sonra müdafiə sənayesi ilə bağlı ikinci mərkəz Şirvan şəhəridir. Mən hesab edirəm ki, biz Şirvan şəhərinin, ümumiyyətlə sənaye inkişafını bundan sonra da təmin edəcəyik. Amma bir halda, bu istiqamətdə ixtisaslaşma gedir, hesab edirəm ki, müdafiə sənayesinin möhkəm bazası üçün Şirvan şəhərində bütün imkanlar vardır. Həm texniki imkanlar, həm artıq peşəkar kadrlar hazırlanır və beləliklə, Bakıdan sonra ölkəmiz üçün çox vacib sahəni əhatə edən ikinci şəhər Şirvan olacaqdır.

Şirvan şəhərində bu gün ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən “Cənub” Elektrik Stansiyası tikilir. Bu stansiya təxminən 800 meqavat gücündə olacaqdır. Bu da ölkəmizdə ən böyük elektrik stansiyalarından biri olacaqdır. Stansiya ən müasir standartlara uyğun şəkildə tikilir. Biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Ancaq elə etməliyik ki, gələcəkdə ixrac potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görək.

Bu gün, eyni zamanda, mənim proqramımda Mədəniyyət Mərkəzi ilə tanışlıq nəzərdə tutulur. Bu mərkəz də əsaslı təmir edilib. Eyni zamanda, yeni Olimpiya İdman Kompleksinin təməl daşını qoyacağıq. Bütün bu işlər şəhərin sosial infrastrukturunun yeniləşməsi və yaradılması istiqamətində atılan addımlardır. Əgər biz təkcə bugünkü proqramı götürsək, görərik ki, həm mədəniyyət, həm sosial məna daşıyan, sənaye potensialımızı möhkəmləndirən tədbirlər nəticəsində Şirvan şəhəri hərtərəfli inkişaf edir. Həm sənaye potensialı, həm elektrik stansiyasının yaradılması, sosial məsələlərin həlli, idman qurğusu - yəni açılışında iştirak edəcəyim tədbirlər çox gözəl bir mənzərə yaradır.

Bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti hesabına yaradıb. Azərbaycan o ölkələrdəndir ki, ancaq öz resurslarına arxalanır, istinad edir və biz bütün bu nailiyyətləri daxili imkanlar hesabına əldə edə bilmişik. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından birinci ölkədir. Mən bu barədə öz fikirlərimi bir neçə dəfə bildirmişəm. Bir də demək istəyirəm ki, 2009-cu il bütün dünya üçün, dünya ölkələri üçün sınaq ili olub. İqtisadi və maliyyə böhranı bütün ölkələrə təsir göstərmişdir. Ancaq hansı ölkələr bu sınaqdan necə çıxıb, əsas məsələ, mahiyyət bundadır. Azərbaycan o ölkədir ki, 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilibdir. İqtisadiyyatımız təxminən 10 faiz artıb. Təkcə bu göstərici sadəcə bir göstərici deyildir. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir və bu məqsədlə biz bu yaxınlarda miqrasiya xidmətini yaratmışıq ki, bu prosesləri tənzimləyək. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki əlbəttə, onlar istəyirlər ki, Vətəndə yaşasınlar. Amma Vətəndə yaşamaq üçün gərək şərait olsun. Şəraiti də biz yaradırıq. Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir.

İşsizliyin aradan qaldırılması sahəsində görülən işlər yeni müəssisələrin, fabriklərin yaranmasına gətirib çıxarıbdır. Özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir. Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri öz həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri öz həllini tapacaqdır.

Məktəb tikintisi geniş vüsət alıbdır. Şirvan şəhərində bir müddət bundan əvvəl Müalicə-Diaqnostika Mərkəzi yaradılıbdır. Yəni görülən bütün işləri sadalamaq çətindir. Mən bu məqsədi də güdmürəm. Sadəcə demək istəyirəm ki, görülən bütün işlər öz nəticəsini verməlidir. Əgər nəticə yoxdursa, onda deməli, bu işlərin görülməsi ya düzgün aparılmayıb, ya da ki, mənasız olub. Nəticə olmalıdır. Həm ölkəmizi gücləndirmək, həm insanların rifah halını qaldırmaq üçün nəticə olmalıdır. Nəticə də Şirvan şəhərinin, digər şəhərlərin abadlaşdırılmasında və ölkəmizin dinamik inkişafında özünü göstərir.

Beynəlxalq maliyyə qurumları və beynəlxalq təşkilatlar, yəni mötəbər, tanınmış təşkilatlar da Azərbaycanın uğurlarını qeyd edirlər. Biz rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci ölkəyik. Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxmışdır. Yəni bu sahə də bizdə demək olar ki, cəmi beş il bundan əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq.

Biz bu işləri ona görə görmürük ki, haradasa birinci olaq, yaxud da, kimsə bizə yüksək qiymət versin. Halbuki, bu da vacibdir. Biz bu işləri ona görə görürük ki, ölkəmizin inkişafını belə görürük. İnkişaf elə olmalıdır ki, ölkə müasirləşsin, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycana gətirilsin. Bizə lazım olan, bizim şəraitimizə uyğun olan ən qabaqcıl, ən mütərəqqi texnologiyalar Azərbaycana gətirilməlidir.

Azərbaycan daha da sürətlə inkişaf edəcək, müasirləşəcək və beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunacaqdır. Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi, - buna dünyada diversifikasiya deyirlər, - Azərbaycanda geniş vüsət alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit olaraq qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq.

Ölkə demək olar ki, özünü əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin edir. Bu yaxınlarda sahibkarlarla görüşdə bu barədə ətraflı danışdıq, təkrar etmək istəmirəm. Şaxələndirmə Azərbaycanın inkişafı üçün başlıca şərtdir və artıq demək olar ki, biz buna nail ola bilmişik. Gələcəkdə imkanlarımız genişləndikcə, əlbəttə ki, biz bütün ölkə qarşısında duran vəzifələri icra edəcəyik.

Mən Şirvan şəhərində dəfələrlə olmuşam. Hər dəfə burada olanda yeniliklər görürəm, yeni müəssisələrin, yeni obyektlərin açılışında iştirak edirəm. Bu gün təməl daşını qoyacağımız yeni obyektlərin də gələcəkdə açılışında iştirak edəcəyəm. “Cənub” Elektrik Stansiyası, olimpiya kompleksi, - bu da çox vacibdir, - tikilir.

Keçən dəfə burada mənə Şirvanda idmanla məşğul olmaq üçün şərait yaradılnası barədə müraciət etmişdilər və dərhal göstəriş verildi. Bu gün olimpiya kompleksinin təməl daşını qoyacağıq. Mən istəyirəm ki, burada insanlar rahat, yaxşı yaşasınlar. Yaşamaq üçün bütün şərait - gözəl tibbi xidmət, yaxşı məktəblər, işləmək üçün müəssisələr, mədəni həyatın zənginləşdirilməsi üçün imkanlar olsun. Bu gün mən bütün bunları burada görürəm. Əminəm ki, növbəti dəfə buraya gələndə də yenə yeniliklər görəcəyəm.

Sizi bir daha salamlayıram və sizə uğurlar, cansağlığı arzulayıram.

X X X

Şəhər sakini, əməkdar müəllim Sevil XUDİYEVA Şirvanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident, şəhərimizə xoş gəlmisiniz. Sizi Şirvan şəhərinin sakinləri adından salamlayıram. Bu gün biz hamımızın qürur duyduğumuz, fəxr etdiyimiz ümummilli lider, xalqımızın şöhrəti, fəxri, vüqarı Heydər Əliyevin adını daşıyan Mərkəzin açılışına toplaşmışıq. Bu gün hər birimiz müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmağımızla qürurlanırıq. Məhz buna görə biz ulu öndərimizə, Heydər Əliyevə ömrümüz boyu borcluyuq.

Bu gün biz xoşbəxt xalqıq. Bu gün biz ona görə xoşbəxt xalqıq ki, ulu öndər, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı və bu müasir müstəqil dövləti tarixin ən çətin məqamlarında qoruyub saxlaya bildi. Ulu öndərimiz Azərbaycanı bütün dünyaya tanıtdırdı.

Bu gün xalqımız xoşbəxtdir ki, ulu öndərimizin ideyaları məhz Sizin sayənizdə uğurla həyata keçirilir. Bu gün xalqımızın xoşbəxtliyi ondadır ki, ulu öndərimizin qarşıya qoyduğu bütün vəzifələr Sizin sayənizdə uğurla icra edilir. Ulu öndər Heydər Əliyev Şirvanın şəhər kimi formalaşmasına da misilsiz diqqət və qayğı göstərmişdir, bu gün Siz də bu diqqət və qayğını eynilə davam etdirirsiniz. Bütün bunlara görə, Şirvan şəhərinin sakinləri adından Sizə dönə-dönə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezidentimiz, biz bilirik ki, Siz hər bir azərbaycanlının, hər bir Azərbaycan övladının bütün qayğılarına diqqətlə yanaşırsınız. Bütün bu diqqət və qayğıya görə də Şirvan şəhərinin sakinləri adından Sizə dərin minnədarlığımızı bildiririk. Sizin hər gəlişiniz bizim üçün əlamətdardır. Bu gəlişiniz də onunla əlamətdar olacaq və yadda qalacaqdır ki, Şirvan üçün çox əhəmiyyətli obyektlərin açılışında iştirak edəcəksiniz. Bundan başqa, bu gəlişiniz bir də onunla əlamətdardır ki, Siz Şirvanın qədim adını şəhər əhalisinin arzusunu nəzərə alaraq özünə qaytardıqdan sonra ilk dəfə olaraq bu torpağa qədəm basırsınız. Bu töhfəyə görə də bütün şirvanlılar adından Sizə dərin təşəkkürümüzü bildiririk. Qoy Ulu Tanrı Sizi qorusun.

Biz xalqımızın sevimlisi, hər birimizin arxamız, dayağımız olan millət vəkili hörmətli Mehriban xanım Əliyevanı həmişə Sizin yanınızda, sizinlə çiyin-çiyinə görürük. Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Xalqımızın həyat səviyyəsi yüksəldikcə, güzəranı yaxşılaşdıqca milli mənəvi dəyərlərimizə də diqqət, qayğı artır. Xalqımızın mənəviyyatının zənginləşməsində Mehriban xanımın xidmətləri danılmazdır. Biz Şirvan şəhərinin sakinləri adından Mehriban xanım Əliyevaya üzümüzü tutub deyirik: Sağ ol, var ol, həmişə yaşa el qızı!

Möhtərəm Prezidentimiz, Sizin bu gəlişiniz Novruzun ilk günlərinə, təbiətin oyanışı fəslinə təsadüf edir. Qoy iliniz uğurlu olsun. Qoy xalqımızın və Sizin çöhrənizdən Novruz əhval-ruhiyyəsi heç zaman əskik olmasın. Qoy Sizin və Mehriban xanımın ömrü daim bulaq kimi çağlasın.

Sizin ailənizə səadət dolu günlər və möhkəm cansağlığı, Azərbaycan xalqına isə ruzi-bərəkət, əmin-amanlıq arzulayırıq. Arzumuz budur ki, tezliklə haqq-ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Tanrı Sizi qorusun.

X X X

Şəhər sakinləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Şəhər ictimaiyyətinin nümayəndələri onların arzu və istəklərini nəzərə alaraq şəhərə Şirvan adının verilməsi ilə bağlı Sərəncam imzaladığına görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Prezident İlham ƏLİYEV: Bu, necə deyərlər, bizim müştərək işimizdir. Çünki şəhərin adının dəyişdirilməsi barədə təşəbbüs əlbəttə ki, məndən gəldi. Hesab etdim ki, ad dəyişməlidir. Amma dedim ki, şəhər ictimaiyyəti bu məsələyə öz münasibətini bildirsin. Siz hansı ada daha çox üstünlük versəniz, o adı da biz qəbul edəcəyik. Verilən məlumata görə, Siz “Şirvan” adını təklif etdiniz. Mən də bunu dəstəklədim və bu, doğrudan da gözəl addır, şəhərə yaraşan addır. Elə etməliyik ki, şəhər gündən-günə daha da gözəlləşsin. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub