Şirvanda fərdi yaşayış evindən pul və zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Şirvan, 21 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Oğurluq törətməkdə şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl də törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Etibar Həsənov Şirvan Şəhər Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan Etibar Həsənov ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib. Qanunsuz yolla əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]