Siyəzəndə geyim mağazasından oğurluq edən şəxs saxlanılıb VİDEO
Siyəzən, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki Elnur Abdullayevə məxsus geyim mağazasından oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 48 yaşlı Mais Nəzərov mağazadan 30 cüt kişi və qadın ayaqqabısı oğurlayaraq zərərçəkənə min manata yaxın maddi ziyan vurub.
Dindirilmə zamanı M.Nəzərov oğurluq hadisəsini içkili halda törətdiyini, oğurladığı ayaqqabıları Sumqayıt şəhərində dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.
M.Nəzərov əvvəllər də oğurluq etdiyinə görə dəfələrlə həbs olunub.
Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]