Siyəzəndə həyətyanı sahədə yerləşən sex yanıb
Siyəzən, 21 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə yerləşən sex yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, yanğın fəaliyyət göstərməyən, ümumi sahəsi 800 kvadratmetr olan sexdə baş verib. Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]