Siyəzəndə yaşayış binasında partlayış olub, 3 nəfər xəsarət alıb
Siyəzən, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yaşayış binasında partlayış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Əhali binadan təxliyə olunub.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.