Skarlatina çox nadir hallarda dəridə iz buraxır
Bakı, 19 iyun, AZƏRTAC
Skarlatina uşaqlar arasında geniş yayılan xəstəliklərdəndir. İnfeksiya bədənin hər yerində səpgilərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva deyib: “Xəstəlik hava-damcı yolu ilə yayılır, ətrafda infeksiyaya yoluxaraq öskürən, asqıran olanda uşaqlara daha tez ötürülür. Səpgilərin davametmə müddəti 3-5 gün olur. Əsasən 5 yaşından yuxarı olan uşaqlarda müşahidə edilir. Daha çox 5-15 yaş arasında olan uşaqlarda rast gəlinir. Qızdırma, yüksək temperatur, boğaz ağrısı xəstəliyin əsas əlamətləri sırasındadır”.
Xəstəlik bəzən əllərdə, barmaqlarda şişkinliyə də gətirib çıxarır: “Müalicədən sonra skarlatina üçün xas olan əlamət əllərdə və ayaqlarda dərinin soyulmasıdır. Əvvəllər skarlatinaya yoluxanlar arasında ölüm halları çox olurdu, lakin son vaxtlar xəstəliyin antibiotik müalicəsi olduğuna görə 3-5 günə, bəzən bir həftəyə keçib gedir. Xəstəliyin xarakterik əlamətlərindən biri “çiyələk dili” adlandırılan dilin qırmızı, moruğu rəngdə olmasıdır”.
Ağırlaşma baş verəndə isə qızdırma və meningitlə nəticələnə bilir. Skarlatina əsasən dəridə iz buraxmır və ya çox nadir hallarda iz buraxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]