Sloveniya COVID-19-la bağlı məhdudiyyətləri gücləndirib
Lyublyana, 18 iyun, AZƏRTAC
Sloveniya COVID-19-la bağlı məhdudiyyətləri gücləndirməyə məcbur olub.
AZƏRTAC xəbər verir ki, son günlər ölkədə yeni növ koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, iyunun 19-dan etibarən Balkan ölkələrindən gələn şəxslər üçün 14 günlük karantin öhdəliyinin tətbiqinə başlanacaq.
STA agentliyinin verdiyi məlumata görə, konkret olaraq Bosniya və Herseqovina, Serbiya və Kosovo mənfi epidemoloji inkişafa malik ölkələrin “qara siyahı”sına daxil edilib. Hazırda həmin siyahıda 34 ölkə var.
İnfeksiyaların sayı son iki həftədə cəmi 26 nəfər artsa da, kiçik ölkə olan Sloveniyanın səhiyyə orqanları infeksiyanın yayılmaması üçün sərt tədbirlərə tərəfdar çıxıblar. Səhiyyə naziri Tomaş Qantar atılan addımların ölkəyə infeksiya idxalının qarşısının alınmasına xidmət etdiyini, lakin bu tədbirlərin infeksiyanın ikinci dalğasının başlaması anlamına gəlmədiyini vurğulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:19]