RƏSMİ XRONİKA
SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YANEZ DRNOVŞEKƏ
Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Sloveniya münasibətlərinin, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi və dərinləşdirilməsi sahəsində fəaliyyətimizlə daim xalqlarımızın rifahına töhfələr verəcəyik.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2007-ci il.