“SOCAR Energy Ukraine” ən çox vergi ödəyicisi kimi ilk 10-luqda yer alıb
Kiyev, 4 oktyabr, AZƏRTAC
SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergi ödəyicisi kimi ilk 10-luqda yer alıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu, Ukraynanın “Reytinq” nəşrinin sorğusuna əsasən bəlli olub.
“SOCAR Energy Ukraine” yanacaq bazarında ötən il dövlət büdcəsinə töhfəsi 156,6 milyon qrivna təşkil edib.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 58 kompleks və 4 neft bazası daxildir və Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]