SOCAR Gürcüstandakı azərbaycanlılara yardım edib
Tbilisi, 5 aprel, AZƏRTAC
SOCAR-ın Gürcüstan nümayəndəliyi koronavirusla mübarizə proqramı çərçivəsində Marneuli rayonunda yaşayan fiziki qüsurlu insanlara ərzaq yardımı edib.
Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev AZƏRTAC-a bildirib ki, ümumilikdə 150 ailəyə müxtəlif gündəlik tələbat mallarından (ət, un, yağ, şəkər, yağ və s) ibarət yardım verilib.
R.Əliyev və yardım alan şəxslər göstərilən diqqət və qayğıya, xüsusən də koronavirusun yayıldığı bir vaxtda göstərilən yardıma görə, Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə minnətdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi