SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 25-də SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda öncə SOCAR-ın 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir sıra məsələlərə dair məlumatlar təqdim edilib.
SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib, habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin nəticələrinə baxılıb.
İclasda, həmçinin SOCAR tərəfindən icrası nəzərdə tutulan bir sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]