Şöhrət Arif: Azərbaycanın müasir inkişaf mərhələsində milli mətbuat mühüm vəzifələr yerinə yetirir
Naxçıvan, 30 may, N.Əsgərov, AZƏRTAC
Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edilməsi özbək jurnalistlərini də sevindirir. Biz yaxşı bilirik ki, milli mətbuatınız Azərbaycan tarixinin müxtəlif mərhələlərində mühüm rol oynayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025”ə ünvanladığı təbrikdə Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif bildirib.
O deyib: “Müstəqillik dövründə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın inkişafına şərait yaradılmışdır. Bu gün də Azərbaycanın müasir inkişaf mərhələsində milli mətbuat mühüm vəzifələr yerinə yetirir. Xüsusən informasiya hücumlarının yaşandığı indiki dövrdə qərəzsiz məlumatların yayılmasının qarşısının alınmasında, əhaliyə obyektiv məlumatların çatdırılmasında milli mətbuatın rolu böyükdür. Özbəkistan Jurnalistlər İttifaqı nəzdində fəaliyyət göstərən Gənc Jurnalistlər Birliyinin sədri kimi azərbaycanlı həmkarlarımızı və jurnalistləri milli mətbuatın 150 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]