SON 3 HƏFTƏDƏ UKRAYNADA 738 NƏFƏR ŞAXTANIN QURBANI OLMUŞDUR
Ukraynanın bir çox bölgələri yanvarın ikinci yarısındakı şiddətli şaxtadan özünə gəlməmiş (Selsi ilə mənfi 35-40 dərəcə), ölkədə havalar yenə də kəskin surətdə pisləşmişdir.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə fevralın 5-də soyuqdan 8 nəfər ölmüş, 99 adam donma əlamətləri ilə tibbi yardım üçün müraciət etmişdir.
Soyuqlardan daha çox Luqansk vilayətinin Alçevsk şəhəri əziyyət çəkmişdir. Yanvarın 22-də burada magistral istilik kəmərində böyük qəza baş vermişdir. Ukraynanın bütün bölgələrindən səfərbərliyə alınan təxminən 4 min mütəxəssisin səylərinə baxmayaraq, təxminən 340 yaşayış binasını, 12 uşaq bağçasını, 6 məktəbi və 7 tibb müəssisəsini istilik sisteminə qoşmaq mümkün olmamışdır. Ukrayna hökumətinin qərarı ilə 7,5 mindən çox uşaq şəhərdən çıxarılaraq, Krımın və bir sıra digər vilayətlərin sanatoriyalarına aparılmışdır.
Ukrayna belə rekord şaxtalarla son 18 ildə ilk dəfə qarşılaşır. Elektrik xətlərinin vəziyyəti yerli hakimiyyət orqanlarında və kommunal xidmətlərdə narahatlıq doğurur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]